PDF Oxu

Dünya

  • 9

ABŞ-İsrail fırıldaqçılar qrupu aşkar edilib

ABŞ-İsrail fırıldaqçılar qrupu aşkar edilib
"Yerusəlim Post" qəzetinin yazdığına görə, İsrail polisinin iqtisadi cinayətlərə qarşı mübarizə üzrə şöbəsi böyük fırıldaqçılıqda şübhəli bilinən yeddi nəfər İsrail və ABŞ vətəndaşını həbs etmişdir. İstintaq materiallarına əsasən, cinayətkar qrupun rəhbəri həm ABŞ, həm də İsrail vətəndaşlığına malik olan 62 yaşlı Yerusəlim sakini Marvin Berqovitz olmuşdur.
Müstəntiqlərin dediklərinə görə, Berqovitz əvvəl həbsxanalarda cəza çəkməkdə olan amerikalılardan məlumat toplamış, sonra isə onların maraqlarının təminatçısı qismində ABŞ-ın vergi orqanlarına ərizələrlə müraciət etmişdir. Həmin ərizələrdə o, xahiş edirdi ki, onun müdafiə etdiyi məhbusların azadlıqdan mərhumedilmə dövrlərində ödədikləri pulları qaytarsınlar. Məhbuslar Berqovitzin bu hərəkətindən xəbərsiz olmuşlar. Nəticədə ABŞ banklarından göndərilən pullar İsrail banklarına köçürülmüşdür. Əslində, həmin pullar məhbusların kompensasiyaları kimi ABŞ banklarında saxlanılmalı idi.
Həbs edilmiş digər 6 nəfər haqda, hələlik, heç bir məlumat verilmir. İsrailin ordu radiosunun məlumatına görə, bu sxemlə işləyən fırıldaqçılar on milyonlarla dollar məbləğində pul qazanmağa nail olmuşlar. Avqustun 3-dən məhkəmə dinləmələrinə başlanılmışdır.

Digər xəbərlər