PDF Oxu

Dünya

  • 8

Mahmud Əhmədinejad prezident vəzifəsinə rəsmi təsdiq edilib

Mahmud Əhmədinejad prezident vəzifəsinə rəsmi təsdiq edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın ali dini rəhbəri ayətullah Əli Xameneyi Mahmud Əhmədinejadı rəsmi surətdə İran İslam Respublikasının prezidenti vəzifəsinə təsdiq etmişdir. Bu dörd illik müddət M.Əhmədinejad üçün ikinci prezidentlik dövrüdür. O, 12 iyun seçkilərində prezident seçilmişdir. Rəsmi məlumata görə, seçiciləri 62,6 faizi M.Əhmədinejada səs vermişdir.
M.Əhmədinejadın qələbəsi elan olunduqdan sonra, İran müxalifəti seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan etmişdir. Onlar belə hesab edirdilər ki, seçkilərin qalibi islahatçı namizəd Mirhüseyn Musəvidir. M.Əhmədinejadın əleyhdarları Tehran küçələrinə çıxaraq, kütləvi mitinqlər keçirməyə başladılar. Nümayişlər yavaş-yavaş polislə toqquşmalara çevrildi. İyun aksiyası zamanı 30 nəfərədək nümayişçi həlak olmuş, 1000 nəfərə yaxın adam bədən xəsarəti almışdır. Polis 3000 nəfərə yaxın adamı həbs etmişdir ki, onların arasında siyasi xadimlər, ictimaiyyət nümayəndələri və jurnalistlər olmuşdur.
Kütləvi nümayişlərdən sonra İran Konstitusiyasının Mühafizə Şurası seçkilərin nəticələrini yoxlamağa başladı. Ancaq tezliklə bəyan etdi ki, seçkilərdə yeni seçkilərin keçirilməsinə əsas verən qanun pozuntusu olmamışdır. İyunun 30-da mühafizə şurası M.Əhmədinejadın qanuni prezidentliyini təsdiq etmişdir. Bu mərasimdə M.Əhmədinejadın rəqibləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və keçmiş prezident Əli Əkbər Rəfsəncani iştirak etməmişdir. Ali dini liderin qərarından sonra İran prezidenti avqustun 5-də prezidentliyə sədaqət andı içəcəkdir.
İranda baş verən hadisələrdən sonra Qərbin bu ölkəyə münasibəti pisləşmişdir. İran nüvə istehsalını davam etdirdiyinə görə, Qərb ölkələri bu ölkə üzərinə iqtisadi sanksiya tətbiq etmişdir. ABŞ və Avropa Birliyi M.Əhmədinejadın inflyasiya ilə mübarizə apara bilmədiyini, təbii ehtiyatları taladığını və iqtisadi göstəriciləri saxtalaşdırdığını bəyan etmişdir.

Digər xəbərlər