PDF Oxu

Dünya

  • 8

Kanadada səhnənin uçması nəticəsində 75 nəfər xəsarət alıb

Kanadada səhnənin uçması nəticəsində 75 nəfər xəsarət alıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 1-də Kanadanın Alberta əyalətində keçirilən festival zamanı güclü külək tədbiri yarımçıq qoymuşdur. Festival yerli vaxtla axşam saat 6-da başlanmışdır. Quraşdırılmış səhnənin uçması nəticəsində 1 nəfər həlak olmuş, 75 nəfər bədən xəsarəti almışdır.
Xəsarət almış adamların əksəriyyətinə yerində kömək edilmişdir. Bununla belə, 21 nəfər xəstəxanaya çatdırılmışdır. Onlardan 2 nəfərin vəziyyəti nisbətən ağırdır. Festival təşkilatçılarının dediklərinə görə, güclü külək əsməsi haqda məlumat onlara tədbirin başlanmasından 5 dəqiqə əvvəl verilmişdir. Bu vaxt ərzində onlar səhnəni hadisə yerindən uzaqlaşdırmağa müvəffəq olmamışlar. Tanınmış Amerika kinoaktyoru Kevin Kostner səhnə yaxınlığında olsa da, xəsarət almamışdır. Küləklə əlaqədar musiqili festival təxirə salınmışdır. Hər il keçirilən bu festival avqust ayına salınır. Mərasim zamanı 15-25 minədək adam tədbirdə iştirak edir.

Digər xəbərlər