PDF Oxu

Dünya

  • 13

İraq məhkəməsi Tarik Əziz və Kimyaçı Əlini azadlıqdan məhrum edib

İraq məhkəməsi Tarik Əziz və Kimyaçı Əlini azadlıqdan məhrum edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 2-də İraqın keçmiş prezidenti Səddam Hüseynin yaxın tərəfdarı Tarik Əziz kürd əhalisini İraqın şimal əyalətindən köçürdüyü üçün 7 il müddətinə azadlıqdan məhrum etmişdir. Kimyaçı Əli təxəllüslü Həsən əl-Məcid də eyni müddətə azadlıqdan məhrumetmə cəzası almışdır.
Şiə kürdlərinin Dial və Tamin əyalətlərindən köçürülməsini Səddam Hüseyn 1980-ci ildə təşkil etmişdir. Bundan bir müddət sonra İran-İraq müharibəsi başlanmışdır. Kürdlər bu ərazilərdən iranlı adı altında çıxarılmışdır. T.Əziz və əl-Məcidi üçün çıxarılan məhkəmə hökmü birinci deyildir. T.Əziz əvvəllər İraqın xarici işlər naziri və vitse-prezident postunu tutarkən, 2009-cu ilin martında 42 Bağdad tacirinin qətlində əli olduğu üçün 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. Analoji məhkəmə hökmü Səddam Hüseynin əmisi oğlu və İraqın keçmiş müdafiə naziri Kimyaçı Əli üçün də çıxarılmışdır. Bundan başqa, o, 2007-ci ildə üç dəfə edam cəzasına məhkum edilmişdir. Kimyaçı Əlini 1988-ci ildə Xalabca kürd şəhərinə kimyəvi silah tətbiq etməkdə ittiham edirdilər. O vaxt minlərlə adam həlak olmuşdu. Bundan başqa Kimyaçı Əli 1990-cı illərdə minə yaxın şiənin ölümündə ittiham edilirdi.
Hazırda T.Əzizin 74 yaşı var. Əvvəlki cinayətləri də üzərinə gəldikdə, o, bundan sonra 22 il həbsxanada qalmalıdır.

Digər xəbərlər