PDF Oxu

Dünya

  • 8

İran polisi müxalifətin qəbristanlıqdakı mitinqini dağıdıb

İran polisi müxalifətin qəbristanlıqdakı mitinqini dağıdıb
"Assoşieyted Press" informasiya akentliyinin yaydığı məlumata görə, İran polisi kütləvi qanun pozuntusu zamanı həlak olmuş məsləkdaşlarının xatirəsini yad etmək üçün Tehran qəbristanlığına toplaşmış 500-dək müxalifətçini dağıtmışdır. Akentliyin məlumatına görə, polis müxalifətçiləri dəyənəklərlə döyürdü. "Röyter"in məlumatına görə, bir neçə nəfər həbs edilmişdir. Şahidlərin dediklərinə görə, nümayişçilərin ətrafına toplaşmış polis, qəbristanlığı tərk etməyəcəkləri təqdirdə, məsuliyyətdən azad olduqlarını bildirmişlər.
Qəbristanlıqda keçirilən mitinqə Mahmud Əhmədinejadın rəqibi müxalifət lideri Mirhüseyn Musəvi də kəlmişdir. Şahidlərin dediklərinə görə, o, qəbristanlıqda cəmi bir neçə dəqiqə qala bilmişdi. Polis əməkdaşları onu əhatəyə alıb, avtomobilinə mindirərək, hadisə yerindən uzaqlaşdırmışlar. "BBC Nyus" xatırladır ki, bir neçə gün əvvəl İran hökuməti müxalifətçilərə kütləvi qanun pozuntusu zamanı həlak olmuş nümayişçilərin matəm mərasimini keçirməyi qadağan etmişdir. Buna baxmayaraq, müxalifətçilər iyulun 30-da ölümünün 40-cı günü tamam olmuş Neda Soltaninin qəbrinin ətrafına yığışmışlar. Etiraz aksiyaları zamanı N.Soltani başından güllə yarası alaraq həlak olmuşdur. Hazırda onu İran müqavimət hərəkatının rəmzi hesab edirlər. Müxalifətin məlumatına görə, qanun pozuntusu zamanı 150 nəfərə yaxın nümayişçi öldürülmüşdür. Ölkə rəsmiləri isə cəmi 20 nəfərin öldürüldüyünü bildirir. Hakimiyyət dairələri 400 nəfərə yaxın nümayişçini həbs etmişdilər. İyulun 28-də onların 140 nəfəri azadlıqa buraxılmışdır. "BBC Nyus"un məlumatına görə, 200 nəfərə yaxın müxalifətçi həbsxanada saxlanılmaqdadır.

Digər xəbərlər