PDF Oxu

Dünya

  • 12

İsrail Şərqi Yerusəlimdə tikintini dayandırıb

İsrail Şərqi Yerusəlimdə tikintini dayandırıb
"Haaretz" qəzetinin yazdığına görə, İsrailin baş naziri Binyamin Netaniyaqu Fələstin Muxtariyyatının iddia etdiyi Şərqi Yerusəlimdə apardıqı 900 mənzilli binanın tikintisini dayandırmışdır. B.Netaniyaqu ertəsi gün ABŞ-ın Yaxın Şərq məsələləri üzrə həmsədri Corc Mitçellə görüşdükdən sonra tikintinin dayandırılması haqda sərəncam vermişdir. ABŞ İsraildən tələb etmişdir ki, Şərqi Yerusəlim və İordan çayının Qərb sahilində apardığı tikinti işlərini dayandırsın.
Nəzərdə tutulan evlər İsraillə Qərb sahilini ayıran Yaşıl xəttin hüdudlarından kənarda tikilməli idi. Fələstinlilər Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı hesab edirlər. Fələstin prezidenti Mahmud Abbas İsrailin tikintini dayandırmayacağı təqdirdə, dinc danışıqları davam etdirməyəcəyini bildirmişdir. İsrailin əvvəlki baş naziri Ehud Olmert Şərqi Yerusəlimdə tikintini davam etdirsə də, Netaniyaqudan fərqli olaraq, şəhərin ətrafındakı ərəb yaşayış məntəqələrini Fələstinə verməyi planlaşdırırdı. Netaniyaqu isə and içmişdir ki, şəhərin iki hissəyə bölünməsinə yol verməyəcəkdir.
1948-ci il ərəb-İsrail müharibəsindən sonra Yerusəlim İordaniya ərazisində qalmışdı. Ancaq 1967-ci ilin Altıgünlük müharibəsi zamanı İsrail Yerusəlimi işğal etmişdi.

Digər xəbərlər