PDF Oxu

Dünya

  • 11

Obama prqçi qalmaqalının iştirakçılarına pivə qonaqlığı verib

Obama prqçi qalmaqalının iştirakçılarına pivə qonaqlığı verib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 30-da ABŞ prezidenti Barak Obama yaxın günlərdə baş vermiş irqi qalmaqalın iştirakçıları - Harvard Universitetinin qaradərili professoru kiçik Henri Luis Geyts və onu həbs etmiş ağdərili polis əməkdaşı Ceyms Krouli ilə körüş keçirmişdir.
Görüş Ağ Evin bağında keçirilmişdir. Görüş iştirakçıları stol arxasında əyləşib, hər biri bir qab pivə içmişdir. Görüşdə ABŞ-ın vitse-prezidenti Co Bayden də iştirak edirdi. Təmiz hava almağa çıxmamışdan əvvəl L.Geyts və C.Krouli ailə üzvlərinin müşayiəti ilə B.Obamanın iş otağına keçmişdir. Bundan sonra ABŞ prezidenti jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir. O, ilk olaraq, demişdir ki, professor və polis əməkdaşı ilə görüşü qəzetlərin yazdığı kimi, "pivə sammiti" adlandırmaq olmaz. "Bu görüş, sadəcə olaraq, iş gününün sonunda üç kişinin görüşüb pivə içə-içə bir-birilərini dinləmə imkanlarını sübut etmək idi" deyə B.Obama bildirmişdir.
İyulun 16-da öz evinə gəlmiş professor L.Geyts qapısının sındırıldığını görüb, içəri keçmişdir. Qonşu qadın professoru talançı hesab edib, polis çağırmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşı C.Krouli Geytsdən sənədini təqdim etməyi tələb etmişdir. Professor isə polisin tələbini yerinə yetirməmiş və onu irqi ayrıseçkilikdə ittiham etmişdir. Krouli Geytsi həbs etmək məcburiyyətində qalmışdır. Hadisəni şərh edən B.Obama polisin əməlini "axmaqlıq" hesab edərək, qaradərilinin hüquqlarını pozduğunu bildirmişd və polisdən üzr istəməyi tələb etmişdir. Krouli isə əməlində heç bir qanun pozuntusu olmadığını və üzr istəməyəcəyini bildirmişdir.

Digər xəbərlər