PDF Oxu

Dünya

  • 7

Nigeriyada baş vermiş qanun pozuntusu zamanı 300 nəfər həlak olub

Nigeriyada baş vermiş qanun pozuntusu zamanı 300 nəfər həlak olub
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Nigeriyanın şimalında hökumət qoşunları və islam silahlıları arasında baş vermiş toqquşma nəticəsində 300 nəfərdən çox adam qətlə yetirilmişdir. Agentliyin məlumatına görə, iyulun 26-da ölkənin Yobi, Bauçi, Borno və Damaturu şimal ştatlarında qanun pozuntusunu "Nigeriya talibləri" qruplaşması təşkil etmişdir. Yobi ştatının Potiskum və Damaturu şəhərlərində 40 nəfərdən çox adam öldürülmüşdür. Minlərlə qaçqın ölkənin şimalını tərk etməkdədir.
"Assoşieyted Press""in məlumatına görə, çərşənbə günü hökumət qoşunları ekstremistləri Mayduquri şəhərindən çıxarmışlar. İyulun 28-də burada keçirilən hərbi əməliyyat zamanı Nigeriya taliblərinin lideri Məhəmməd Yusifin evi minomyot atəşi ilə darmadağın edilmişdir. Məhəmməd Yusifin özü gizlənməyə macal tapmışdır.
"Nigeriya talibləri" radikal islam hərəkatı 2004-cü ildə yaranmışdı. Agentliyin məlumatına görə, Nigeriya islamçıları özlərini Əfqanıstanın lTaliban" hərəkatına bənzətməyə cəhd edirlər. Xatırladırıq ki, Nigeriya deltasının azadlıq uğrunda hərəkat iyulun 15-də iki aylıq atəşkəs elan etmişdi. O zaman hökumət hərəkatın lideri Genri Okunu azadlığa buraxmışdı.

Digər xəbərlər