PDF Oxu

Dünya

  • 10

Əlcəzair silahlıları 20 hərbi qulluqçunu qətlə yetirmişlər

Əlcəzair silahlıları 20 hərbi qulluqçunu qətlə yetirmişlər
"Əl-Vətən" yerli nəşrin yazdığına görə, iyulun 29-da Əlcəzairin şimali-şərqində hərbi qulluqçuların müşayiət etdikləri avtomobil kolonu silahlıların hücumuna məruz qalmışdır. Qəzetin məlumatına görə, hadisə Tibess əyalətində baş vermişdir. Kolonun keçdiyi yolun kənarlarına partlayıcı qurğular düzən silahlılar avtomobil karvanını atəşə tutmuşdur. Atışma nəticəsində 14 nəfərin həlak olduğu bildirilir. lƏl-Xəbər" qəzetinin yazdığına görə, atışma zamanı 20 nəfər həlak olmuşdur. Hər iki qəzet 8 nəfərin yaralandığı haqda məlumat verir. "Əl-Xəbər""in yazdığına görə, hücum edənlərin 5 nəfəri öldürülmüşdür. Qəzet yazır ki, silahlılar xeyli silah ələ keçirməyə nail olmuşlar.
"Röyter"in məlumatına görə, bir müddət əvvəl Əlcəzairin şərqində nəhəng terror aktı törədilmişdir. İyunda baş verən terror aktı nəticəsində 18 nəfər hərbi polis əməkdaşı, 1 nəfər dinc sakin həlak olmuşdur.

Digər xəbərlər