PDF Oxu

Dünya

  • 8

Uqo Çaves Kolumbiya ilə münasibətləri “dondurub”

Uqo Çaves Kolumbiya ilə münasibətləri “dondurub”
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela Kolumbiya ilə münasibətləri "dondurmağa" hazırlaşır. Bununla əlaqədar Uqo Çaves Boqotadan öz səfirini geri çağırır. Rəsmi Karakas Kolumbiya ilə ticarət müqavilələrinin hamısının fəaliyyətini dayandırmaqla bu ölkəyə ixrac malları göndərməkdən imtina etmək istəyir. Yaxın günlərdə bu məsələlər Venesuelanın ali orqanlarında müzakirə ediləcəkdir.
Münasibətlərin pozulmasının səbəbi Kolumbiya hökumətinin Venesuelanı İnqilabi Silahlı Qüvvələrin döyüşçülərini silahla təmin etməkdə ittiham etməsi idi. U.Çavesin agentliyə verdiyi məlumata görə, Kolumbiya hökuməti əlində heç bir faktın olmamasına baxmayaraq, məsuliyyətsiz bəyanatlarını davam etdirməkdədir. İsveç hökuməti də silah və sursatın üsyançıların əlinə necə keçməsini izah etməyi Karakasdan tələb etmişdir. Qarşıduran tərəflər belə hesab edirlər ki, Venesuela Kolumbiya üsyançılarına Rusiyadan alınmış zenit kompleksləri verir.
2008-ci ilin martında Venesuela öz səfirini Kolumbiyadan geri çağırmışdı. O zaman konflikt Kolumbiya ordusunun Ekvador ərazisində keçirdiyi döyüş əməliyyatları nəticəsində yaranmışdı. Karakas ehtiyat edirdi ki, Kolumbiya bu cür əməliyyatları Venesuela ərazisində də keçirə bilər.

Digər xəbərlər