PDF Oxu

Dünya

  • 13

Türkiyədə “Hizb üt-Təhrir”in 165 üzvü həbs edilib

Türkiyədə “Hizb üt-Təhrir”in 165 üzvü həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyədə fəaliyyəti qadağan edilmiş "Hizb üt-Təhrir" ("Nicat Partiyası") islam qruplaşmasının 165 üzvü həbs edilmişdir.
Bazar ertəsi belə bir bəyanatla Türkiyə polisi çıxış etmişdir. Bəyanatda deyilir ki, islamçılar cümə günü ölkənin 81 əyalətindən 21-də keçirilən reyd zamanı həbs edilmişlər. Əməliyyat Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) ilə birlikdə keçirilmişdir. İslamçılardan ölkə ərazisində vahid islam dövləti yaratmağa çağıran təşviqat materialları və xeyli odlu silah aşkar edilib götürülmüşdür.
"Hizb üt-Təhrir" təşkilatı 1953-cü ildə Yerusəlimdə "Müsəlman qardaşları" müstəqil Misir hərəkatı kimi yaranmışdı. Təşkilat ərəb ölkələrini əhatə edəcək xilafət timsalında təşkil edilmişdi.

Digər xəbərlər