PDF Oxu

Dünya

  • 6

Britaniya parlamentariləri pul kompensasiyalarını iki dəfə artırıblar

Britaniya parlamentariləri pul kompensasiyalarını iki dəfə artırıblar
İyulun 28-də "Dailu Teleqraf" qəzetinin yazdığına görə, Britaniya parlament komitəsi deputatların işgüzar səfərlər zamanı alacaqları kompensasiyaların miqdarını iki dəfə artırmışdır. Əgər əvvəllər bu cür kompensasiyaların maksimal miqdarı ay ərzində 400 funt sterlinq idisə, hazırda bu məbləğ 775 funt sterlinqədək artmışdır.
Qəzetin yazdığına görə, bu məbləğ İcmalar Palatası tətilə çıxmamışdan bir qədər əvvəl artırılmışdır. Bu və digər deputatın bu kompensasiyadan daha çox yararlanması üçün vaxtının çoxunu səfərdə keçirməsi lazımdır. Qəzetin yazdığına görə, deputatlar kompensasiyanın artırılması qərarını heç bir müzakirə keçirmədən vermişlər. Bu da vergi ödəyicilərinin etirazı ilə nəticələnə bilər.
Bu ilin mayında qəzet belə bir məqalə dərc etmişdi ki, İcmalar Palatasının deputatları vergi ödəyiciləri hesabına xərclərinin bir hissəsini artırmışdılar. Bundan sonra qəzetlər deputatların pulları havaya sovurduqları haqda yazılar dərc etməyə başlamışdır. Jurnalistlər yazırdılar ki, deputatlar məişət texnikası alır, ev heyvanları üçün yeməklər toplayır, evlərini təmir edir və yeni mənzillər alırlar.
Bu qalmaqal nəticəsində İcmalar Palatasının onlarla deputatı istefa verməli oldu. Hökumətin tərkibindən istefa verib gedənlərdə oldu.

Digər xəbərlər