PDF Oxu

Dünya

  • 7

Havay hökuməti Obamanın doğulduğu yeri müəyyənləşdirib

Havay hökuməti Obamanın doğulduğu yeri müəyyənləşdirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, növbəti araşdırmadan sonra Havay hökuməti Barak Obamanın bu ştatda doğulduğunu və ABŞ vətəndaşı olduğunu təsdiq etmişdir. Burada başlıca məqsəd B.Obamanın ABŞ hüdudlarından kənarda doğulduğu haqda şayiələrə son qoymaq idi. Məlum olduğu kimi, bəzi siyasətçilər bu faktı əsas gətirib, B.Obamanın ABŞ prezidenti postunu tutmaq hüququ olmadığını iddia edirdilər.
Bununla əlaqədar Departament rəhbəri doktor Çiyome Fukino belə bir bəyanat vermişdir: "Mən B.Obamanın Havay ştatının səhiyyə departamentində saxlanılan qeydiyyat kitabçasının orjinalını görmüşəm. Orada yazılıb ki, Barak Hüseyn Obama Havayda doğulmuşdur. Mənim 2008-ci ilin oktyabrında təsdiq etmiş olduğum bəyanatıma heç bir əlavəm yoxdur."
B.Obamanın doğum yeri haqda şübhəli şayiələr seçki kampaniyası zamanı yaranmışdı. O vaxt oktyabrın 31-də Çiyome Fukino bu şayiənin əsassızlığını bəyan etmişdi. Son vaxtlar telekanal və kütləvi iformasiya vasitələrində B.Obamanın "qeyri-qanuni prezidentliyi" haqqında gəzən şayiələrə son qoymaq üçün Ç.Fukino növbəti bəyanatını verməli olmuşdur. Bu ilin iyulunda ehtiyatda olan ABŞ ordu mayoru B.Obamanın prezidentliyinin qeyri-legitimliyini əsas gətirərək, ali baş komandanın əmri ilə Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirməkdən imtina etmişdi.

Digər xəbərlər