PDF Oxu

Dünya

  • 11

Hillari Klinton Rusiyanın böyüklüyünü etiraf etdi!

Hillari Klinton Rusiyanın böyüklüyünü etiraf etdi!
"Los-Anceles Tayms" qəzetinin yazdığına görə, Hillari Klinton belə bir bəyanat yaymışdı ki, Barak Obama administrasiyası Rusiyaya böyük ölkə kimi qiymət verir. Bu bəyanatı ilə ABŞ-ın dövlət katibi H.Klinton yaxın günlərdə Co Baydenin Rusiya haqda söylədiyi mənfi fikri kölgələməyə çalışmışdır.
Amerika vitse-prezidenti Rusiya barədə mülahizə yürüdərkən bu ölkənin iqtisadiyyatında xeyli çətinliklər və köhnə fikirli rəhbərliyi olan ölkə kimi xarakterizə etmişdi.
H.Klinton Rusiya ilə ABŞ-ın münasibətlərinə toxunarkən, qeyd etmişdir ki, artıq Vaşinqton vəd etdiyi ikitərəfli "sanballı" münasibətlərə başlamışdır. ABŞ-ın dövlət katibi "NBC" telekanalına verdiyi müsahibədə hər iki ölkənin bir-birinə qarşı iddiaları olduğunu da etiraf etmişdir: "Onlarda bizim siyasətimizlə bağlı, bizdə isə onların tutduqları kursa münasibətdə bəzi suallar qalmaqdadır".
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 26-da Sara Peylin rəsmi surətdə Alyaska ştatının qubernatoru vəzifəsindən istefa vermişdir. Vitse-quberantor postunu tutmuş Şon Parnell həmin gün Alyaska administrasiyasının başçısı vəzifəsinə təyin edilmişdir. Politoloqlar belə hesab edirlər ki, S.Peylinin vəzifə postunu tərk etməsinin vəzifə etikasını pozmaqda ittiham edilməsi və maliyyə çətinlikləri ilə əlaqədar olmuşdu.
S.Peylin istefaya çıxdıqdan sonra siyasi fəaliyyətini davam etdirəcəyini bəyan etmişdir. Onun dediyinə görə, bundan sonra sağ mərkəzçi koalisiya yaradıb, onun mövqeyi ilə bölüşən siyasətçiləri dəstəkləmə kampaniyasına başlayacaqdır. Bəzi Amerika KİV-lərinin yazdığına görə, S.Peylin aparıcı telekanal və radiostansiyalardan birində aparıcılıq edəcəkdir. Onun planında memuar yazmağın da olduğu bildirilir. S.Peylinin mətbuat katibi Meqan Steypltonun dediyinə görə, iyulun 26-dan sonra sabiq qubernatorun heç bir konkret planı yoxdur.

Digər xəbərlər