PDF Oxu

Dünya

  • 14

İranın mədəniyyət naziri işdən çıxarılacağı haqda şayiəni eşidən kimi tutduğu postdan istefa verib

İranın mədəniyyət naziri işdən çıxarılacağı haqda şayiəni eşidən kimi tutduğu postdan istefa verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın mədəniyyət naziri Məhəmmədhüseyn Səffar-Harandi yerli mətbuat vasitələri ilə istefaya göndəriləcəyi haqda məlumatları oxuduqdan sonra tutduğu vəzifədən istefa vermişdir. Onun dediyinə görə, bu cür informasiyaların mətbuata yol tapması və o şayiələr əsasında prezident Mahmud Əhmədinejadın hökumətin dörd nümayəndəsini istefaya göndərməsi dövlətin zəifliyinə işarədir.
Məlum olduğu kimi, Səffar-Harandidən başqa, İranın əmək və ictimai iş, səhiyyə və kəşfiyyat məsələləri üzrə nazirləri də istefaya göndərmişdir. Rəsmi mənbələr bu informasiyaları təkzib etmiş və yalnız kəşfiyyat məsələləri üzrə nazir Qulamhüseyn Möhseni Ejeytenin istefaya göndərildiyini bildirmişlər. Bəzi məlumatlara görə, kəşfiyyat məsələləri üzrə nazirin istefaya göndərilməsinin səbəbi İsfəndiyar Rəhim Maşayinin birinci vitse-przident təyin edilməsi haqda Əhmədinejadın qərarına tənqidi yanaşması olmuşdur. Qeyd edirik ki, iyulun 24-də İranın dini lideri Əli Xameneyinin tövsiyəsi ilə Rəhim Maşayi istefaya göndərilmişdir.
Yaxın vaxtlarda İran prezidenti M.Əhmədinejad yenidən təşkil edilmiş Nazirlər Kabinetinin heyətinin tərkibini elan edəcəkdir.

Digər xəbərlər