PDF Oxu

Dünya

  • 11

Medvedev Ukrayna və Gürcüstan əleyhinə ABŞ-la dostlaşmaqdan imtina edib

Medvedev Ukrayna və Gürcüstan əleyhinə ABŞ-la dostlaşmaqdan imtina edib
Rusiya prezidenti Dmitri Medvedev "NTV" telekanalına  verdiyi müsahibəsində demişdir ki, Rusiya-ABŞ münasibətlərinin "yüklənməsi" o mənanı vermir ki, tərəflərdən biri digər ölkələrlə, məsələn, Ukrayna və Gürcüstanla münasibətləri pozmuş olsun.
Danışığın mətni "Vesti" telekanalında da  nümayiş etdirilmişdir. D.Medvedev qeyd etmişdir ki, bizə ABŞ-la  normal dostluq münasibətləri, qarşılıqlı- faydalı əlaqələr lazımdır və bu cür əlaqələrdən çox şey asılıdır. "Mən belə hesab etmirəm ki, Rusiya və ABŞ münasibətləri başqa ölkələrin hesabına "yüklənmişdir" deyə Rusiya prezidenti bildirmişdir.
Bir müddət əvvəl bu cür bəyanatı Kiyevdə ABŞ vitse-prezidenti Co Bayden bildirmişdir. Onun dediyinə görə, Moskva ilə Vaşinqton arasındakı münasibətlər Ukrayna-Amerika əlaqələrinə xələl gətirməyəcəkdir.  C.Bayden Gürcüstana səfəri  zamanı da belə bir bəyanat vermişdi ki, ABŞ Rusiya ilə qarşılıqlı münasibətlərini Gürcüstanın maraqları əleyhinə qurmayacaqdır.
ABŞ-Rusiya münasibətləri Barak Obamanın Moskvaya səfərindən sonra yaxşılaşmağa başlamışdır.

Digər xəbərlər