PDF Oxu

Dünya

  • 14

Qırğızıstada keçirilən prezident seçkilərində Bakiyev liderlik edir

Qırğızıstada keçirilən prezident seçkilərində Bakiyev liderlik edir
"İTAR-TASS" informasiya agentliyinin iyulun 24-də yaydığı məlumata görə, Qırğızıstanda keçirilən prezident seçkilərində, bülletenlərin 51,24 faizi hesablandıqdan sonra, iqtidarda olan dövlət başçısı Kurmanbek Bakiyevin liderlik etdiyi məlum olmuşdur. Qırğızıstan MSK-sının məlumatına görə, referendum seçkilərində seçicilərin 87,79 faizi K.Bakiyevə səs vermişdir. Komissiyanın məlumatına görə, digər namizədlər liderdən xeyli geridə qalırlar. "Exit-poll"un keçirdiyi rəy sorğularının nəticəsi də təxminən eynidir. Sorğuda iştirak etmiş 4712 nəfərin 67 faizi K.Bakiyevə səs vermişdir.
Qırğızıstanda prezident seçkiləri iyulun 23-də keçirilmişdir. MSK-nın məlumatına görə, seçicilərin 79 faizi seçki məntəqələrinə gələrək səs vermişdir. Səsvermə başlandıqdan bir qədər sonra iki namizəd - birləşmiş müxalifətin nümayəndəsi Almazbek Atambekov və müstəqil namizəd həkim-narkoloq Jenişbek Nazaraliyev seçkilərdə iştirak etməkdən imtina etmişdir.
Onların verdikləri bəyanata görə, Qırğızıstan prezidentinin tərəfdarları seçkilərdə kütləvi qanun pozuntusu törətmişlər. MSK səsvermənin gedişi zamanı namizədlərin prosesdən kənarlaşmasının qeyri-qanuni olduğunu bildirmişdir. Haqqında söhbət gedən namizədlər seçkilərdə iştirak etməyəcəkləri haqda MSK-ya ərizə ilə müraciət etməmişlər.

Digər xəbərlər