PDF Oxu

Dünya

  • 13

Pensiyaçılar Litva parlamentini partladacaqları ilə hədələmişlər

Pensiyaçılar Litva parlamentini partladacaqları ilə hədələmişlər
"DELFE" informasiya agentliyinin yaydığı məlumata görə, Litva radiosuna zəng etmiş iki nəfər pensiyaçı belə bir bəyanat vermişdir ki, deputatların pensiyaların miqdarını azaldacaqları haqda qərar verəcəkləri təqdirdə, parlamentin binasını partladacaqlar. Birinci dəfə Litva radiosunun reklam şöbəsinə zəng edən kişi Vilnüsə gəlib parlamentin binasını partladacağı ilə hədələmişdir. İkinci dəfə isə radio studiyasına qadın zəng etmiş və demişdir ki, pensiyanın məbləğinin azaldılacağı təqdirdə, parlamentin binasını partladacaqdır.
Hazırda Litva polisi radio studiyasına zəng edən kişinin axtarışına başlamışdır. Onu cinayət məsuliyyəti gözləyir. Vilnüs polisinin dediyinə görə, "adamların öz mülahizələrini bu tərzdə ifadə etmələri yolverilməzdir, çünki hüquq-mühafizə xidməti dərhal müvafiq tədbir görməyə məcburdur." Polisin dediyinə görə, tezliklə zəng edən şəxs tapılacaqdır.
Litva büdcəsi iyulun 23-də keçirilən parlament yığıncağında 4,8 milyard lit (1,4 milyard avro) defsiti ilə qəbul edilmişdir. Sənəddə pensiyaların ixtisarı nəzərdə tutulmamışdır. Ancaq büdcə xərclərinin müzakirəsi zamanı bu məsələnin müzakirəsi mümkün idi.

Digər xəbərlər