PDF Oxu

Dünya

  • 11

Saakaşvili Rusiyadan müdafiə olunmaq üçün ABŞ-dan silah istəyib

Saakaşvili Rusiyadan müdafiə olunmaq üçün ABŞ-dan silah istəyib
"Vaşinqton Post" qəzetinin yazdığına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın hücumunu dəf etmək üçün ABŞ-dan silah istəmişdir. Qəzetə verdiyi müsahibəsində  M.Saakaşvili demişdir ki, Gürcüstanın müdafiə silahlarına, xüsusən, havadan və raketdən müdafiə əleyhinə qurğulara böyük ehtiyacı vardır. O, belə hesab edir ki, bu və ya digər ölkədə silahların çoxluğu rəqibi hücumdan daşındırmış olardı.
Gürcüstan prezidenti əvvəl-axır ABŞ-dan kifayət qədər silah alacağına əmin olduğunu bildirir, ancaq o, bu prosesin sürətlənməsini arzulayır. Onun fikrincə, bu sahədə müşahidə edilən gecikmələr Gürcüstanın mövcudluğunu sual altına alır.
M.Saakaşvili belə hesab edir ki, ABŞ və onun NATO üzrə müttəfiqləri Gürcüstana silah verməkdən imtina etsələr, bu, zəifliyin təzahüri kimi başa düşüləcəkdir. Gürcüstan prezidenti belə hesab edir ki, Vladimir Putinin Gürcüstana hücum etmək üçün yüzlərlə bəhanəsi var. M.Saakaşvili ABŞ-ın Gürcüstana silah verməsi haqda məsələnin iyulun 23-də ölkəyə səfər etmiş ABŞ vitse-prezidenti Co Baydenlə müzakirə etdiyini bildirir.
2009-cu ilin yanvarında Rusiya prezidenti Dmitri Medvedev Rusiya silahlarının Gürcüstana satılmasına qadağa qoyulmuşur. Rusiyanın Xarici İşlər Nazirliyi isə Gürcüstana silah satmağa cəhd edən ölkələri iqtisadi sanksiyalarla hədələmişdir. Rusiya beynəlxalq təşkilatların Gürcüstana silah satışına qadağa qoyulmasına cəhd etsə də, buna nail olmamışdır.

Digər xəbərlər