PDF Oxu

Dünya

  • 11

İsrailin düşməninə ali Almaniya mükafatı təqdim edilib

İsrailin düşməninə ali Almaniya mükafatı təqdim edilib
"Doyçland Funk" nəşrinin yazdığına görə, Almaniya hökuməti tanınmış hüquq müdafiəçisi Felitsiya Langerə, uzun illər ərzində Qəzza bölgəsi və İordan çayının Qərb sahilində məskunlaşmış Fələstin qaçqınları arasında apardığı iş müqabilində "Xidmətə görə federal xaç" ali milli mükafatını təqdim etmişdir. Bu qərar Almaniya Yəhudiləri Mərkəzi Şurasının ciddi etirazına səbəb olmuşdur. F.Langer milli mənsubiyyətinə görə yəhudi olsa da, onu İsrailin düşməni hesab edirlər.
Almaniyanın torpaq məsələləri üzrə baş naziri Baden-Vürtemberq Günterin rəsmi müraciətində deyilir ki, bu təşəbbüslə torpaq məsələləri üzrə hökumət üzvləri çıxış etmişlər. Onlar belə hesab edirlər ki, insan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparmış 79 yaşlı F.Langer ömrü boyu fəaliyyətini bəşəri dəyərlərə həsr etmişdir.
F.Langer fələstinlilərin mübarizəsi və İsrail-Fələstin konflikti haqda bir neçə kitab yazmışdır. Alternativ Nobel mükafatı ilə təltif edilmiş ("Əsil həyat tərzi uğrunda". Bu mükafat hər il insan hüquqlarının müdafiəsi ilə əlaqədar verilir) bu şəxs həm də Nazaretin fəxri vətəndaşı adına layiq görülmüşdür.

Digər xəbərlər