PDF Oxu

Dünya

  • 4

Almaniya taliblər əleyhinə zirehli texnika tətbiq edib

Almaniya taliblər əleyhinə zirehli texnika tətbiq edib
"n-tv" Almaniya telekanalının məlumatına görə, "İSAF"-a daxil olan alman kontingentinin 300 nəfərədək əsgəri Əfqanıstanın şimal hissəsində yerləşən Kunduz dairəsində taliblərə qarşı genişmiqyaslı hücum əməliyyatına keçmişdir. İlk dəfə olaraq, hərbi əməliyyatlarda Almaniya istehsalı olan "Marder"  piyadaların döyüş texnikası tətbiq edilmişdir. Bununla da Almaniya hərbi qulluqçuları Əfqanıstan ordusuna və nizam-intizamı bərpa edən polis qüvvələrinə yardım etmişdir. Əfqanıstan tərəfdən döyüş əməliyyatlarında 800 nəfərə yaxın əsgər və 100 nəfər polis əməkdaşı iştirak edir. Bəzi məlumatlara görə, hərbi əməliyyatlar bir həftəyədək davam edəcəkdir.
Almaniyanın müdafiə naziri Frans Yozef Yunqun dediyinə görə, hücum əməliyyatları Kunduz regionu ətrafında sabitliyin pozulması ilə əlaqədar keçirilir. Onun dediyinə görə, son vaxtlar bu ərazi taliblərin hucum hədəfinə çevrilmişdir.  Başlıca məqsəd Əfqanıstanda keçiriləcək prezident seçkiləri ərəfəsində regionda vəziyyəti nəzarət altına götürməkdir. Yunqun dediyinə görə, əsgərlər regionda müharibə aparmır, sadəcə, sabitliyi bərpa etməyə çalışır. Bununla belə, bəzi alman siyasətçiləri Kunduz dairəsində döyüş əməliyyatlarının başlanacağından ehtiyat edirlər.
Xatırladırıq ki, Əfqanıstanda Bundesverin 3700 əsgəri xidmət edir. İyulun əvvəllərində Bundestaq alman kontingentinin mandatını dekabrın 13-dək uzatmağa səs vermiş və hərbi qulluqçularının sayını 4500 nəfərə çatdırmaq öhdəliyi götürmüşdür.

Digər xəbərlər