PDF Oxu

Dünya

  • 10

Barak Obama bankirləri vicdan əzabı çəkməməkdə ittiham edib

Barak Obama bankirləri vicdan əzabı çəkməməkdə ittiham edib
"PBS" telekanalına verdiyi müsahibəsində ABŞ prezidenti Barak Obama belə bir bəyanat vermişdi ki, Amerika bankları öz üzərlərinə sonluğu böhranla nəticələnən elə bir böyük risk yükü götürmüşdülər ki, indiyədək bunun üçün heç bir vicdan əzabı keçirdikləri hiss olunmur. "Röyter" agentliyinin qeydinə görə, 2008-ci ildə ABŞ bankirləri 18 milyard dollar məbləğində bonus ödəmişlər.
B.Obamanın fikrincə, Uoll-Stritdəki vəziyyəti dəyişmək üçün maliyyə sistemində prezident administrasiyasının təklifi ilə islahatlar aparmaq vacibdir. ABŞ prezidenti əmindir ki, bu islahatlar bankların öz üzərlərinə böyük risk götürmələrini qadağan etmiş olardı. B.Obama telekanala verdiyi müsahibəsində ABŞ-ın maliyyə böhranını "gözəl bir evdə" baş vermiş yanğınla müqayisə etmişdir. Onun dediyinə görə, artıq yanğın söndürülmüşdür və bu zaman evin başqa qüsurları üzə çıxmışdır: misal üçün, evin damından yağış damır və s. B.Obamanın fikrincə, bu vəziyyətdə yerli iqtisadiyyat süqut etmiş və onu dirçəltmək üçün çox vaxt lazım gələrdi. "Əgər biz maliyyə sistemindəki qan axımının qarşısını almasaq, o zaman vəziyyətimiz daha da ağırlaşmış olacaqdır" deyə ABŞ prezidenti bildirmişdi.
Xatırladırıq ki, ABŞ iqtisadiyyatı sonralar maliyyə böhranına çevrilmiş ipoteka böhranından çox əziyyət çəkmişdir. Bundan sonra ölkədə ümumi iqtisadi böhran mərhələsi başlanmışdır. 2008-ci ilin payızında ABŞ hökuməti maliyyə sistemindəki böhranı aradan qaldırmaq üçün trilyonlarla dollar sərf etməli olmuşdur. Bu vəsait banklara sığorta kreditləri kimi ayrılmışdır.

Digər xəbərlər