PDF Oxu

Dünya

  • 9

Fələstin “Qəza”sını İsraildə dərs vəsaitindən çıxarmaq istəyirlər

Fələstin “Qəza”sını İsraildə dərs vəsaitindən çıxarmaq istəyirlər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrailin ərəb məktəblərinin dərsliklərindən Fələstin "Qəza"sını çıxarmaq təşəbbüsü göstərilməkdədir. Agentlik məlumatı İsrailin təhsil naziri Qideon Saardan aldığını bildirir.
Ərəb dünyasında "Qəza" ("əl-Nakba") termini 1948-ci ildə İsrail dövlətinin yaranması ilə əlaqədar meydana çıxmışdır. Bununla əlaqədar Q.Saar demişdir: "İsrail dövlətinin yaranmasının rəsmi məktəb proqramlarında "Qəza" formasında təqdim edilməsinin heç bir əsası yoxdur. Dövlətin yaranması sistemi İsrail dövlətçiliyinin legitimliyini şübhə altına ala bilməz."
Nazirin dediyinə görə, yeni qanun layihəsində dərsliklərdə "Qəza"nın xatırlanması qadağan ediləcəkdir. İsraildə yaşayan ərəblər hər il mayın 15-də 1948-ci il hadisələri ilə əlaqədar mitinqlər keçirirlər. Rəsmi məlumata görə, o vaxt 700 min nəfər Fələstin sakini öz torpaqlarından qovulmuşdur. İsrail hökuməti bu tədbirin də qadağan edilməsinə çalışır. Bu cür mitinqlərin təşkili və orada iştirak edənlər üçün 3 il müddətində azadlıqdan məhrumedilmə cəzası gözlənilir. Bu məlumatı İsrailin xarici işlər naziri Aviqdor Liberman vermiş və qanun layihəsinin ilkin redaksiyada hazır olduğunu bildirmişdir.
Hazırda İsraildə 1,2 milyon ərəb yaşayır. Bütövlükdə, İsrailin 7 milyona yaxın əhalisi var.

Digər xəbərlər