PDF Oxu

Dünya

  • 8

Lüksemburq hökumətinin başçısı öz postunu qoruyub

Lüksemburq hökumətinin başçısı öz postunu qoruyub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Lüksemburqun iqtidarda olan Xristian-Sosial Xalq Partiyası növbəti dəfə ölkənin baş naziri postuna Jan-Klod Yunkerin namizədliyini təsdiq etmişdir. Yunker 14 ildir ki, Lüksemburq hökumətinə başçılıq edir və Avropa baş nazirləri arasında rekordçu sayılır.
İyun ayında Yunkerin təmsilçisi olduğu Xristian-Sosial Xalq Partiyası Lüksemburq parlament seçkilərində qalib gəlmişdir. 39 faiz seçici səsi qazanmış Yunkerin partiyası parlamentdəki 60 deputat mandatının 24-ünü qazanmışdır. O, əvvələr tutmuş olduğu maliyyə naziri postundan istefa vermişdir. Bu vəzifəyə ölkənin ədliyyə naziri Lük Freyden təyin edilmişdir. Məlum olduğu kimi, Yunker həm də Avropa Birliyi ölkələrinin maliyyə birliyinin başçısıdır.
Lüksemburqun baş naziri ölkə parlamenti tərəfindən seçilir.

Digər xəbərlər