PDF Oxu

Dünya

  • 13

ÜVF Şri-Lankaya 2,5 milyard dollar ayıracaq

ÜVF Şri-Lankaya 2,5 milyard dollar ayıracaq
Beynəlxalq Valyuta Fondu Şri-Lankanın hakimiyyət dairələri ilə 2,5 milyard dollar ehtiyat krediti ayrılması üçün ilkin razılaşma əldə etmişlər. Kreditin həcmi Şri-Lankanın kvotasından dördə dəfə artıqdır.
BVF vəsaitin ayrılması üçün son qərarı qəbul edənədək Şri-Lanka hökuməti 20 ay ərzində kredit xətti üzrə fonda müraciət edə bilər. İlk tranşın həcmi 313 milyon dollar məbləğində olacaq. BVF-nin direktorlar şurası bu krediti ayırmaq üçün iyulun 24-də müzakirə aparacaq.
BVF-nin məlumatında deyilir ki, vətəndaş müharibəsindən sonra Şri-Lankada maliyyə böhranı şəraitində iqtisadiyyatı dirçəltmək lazımdır. Bir müddət əvvəl Şri-Lanka hökuməti fondun siyasiləşdiyini bildirir və krediti gec ayırdığı üçün onu ittiham edirdi.
Böyük Britaniya, ABŞ və bir sıra Avropa ölkələri Şri-Lankaya kredit ayrılması əleyhinə çıxış edirlər. Onlar tələb edirlər ki, "Tamil-İlam Azadlıq Pələngləri" qruplaşması əleyhinə aparılmış hərbi əməliyyatlarda hakimiyyət dairələrinin cinayətlərinin təhqiqatı aparılsın. Əvvəl Şri-Lanka hökuməti fonddan 1,9 milyard məbləğində kredit istəyirdi.
2009-cu ilin 18 mayında Şri-Lanka hökuməti "Tamil pələngləri" əleyhinə aparılan hərbi əməliyyatın başa çatdığını bəyan etmişdi. "Pələnglər" əleyhinə genişmiqyaslı hərbi əməliyyat 2009-cu ilin yanvarında başlanmışdı. Həmin vaxt 6 min nəfərdən çox dinc əhali qətlə yetirilmiş, 200 min nəfərdən çox adam qaçqın düşmüşdü.

Digər xəbərlər