PDF Oxu

Dünya

  • 10

Barak Obamanın reytinqi 60 faizdən aşağı endi

Barak Obamanın reytinqi 60 faizdən aşağı endi
"ABC Nyus" agentliyi və "Vaşinqton Post" qəzetinin keçirdiyi rəy sorğularının nəticələrinə əsasən, Barak Obamanın reytinqi Ağ Evə gəlişindən sonra, ilk dəfə olaraq, 60 faizdən aşağı enmişdir. Yazda keçirilən rəy sorğularının nəticələri ilə müqayisədə B.Obamanın reytinqi 9 maddə üzrə aşağı enib, 59 faiz təşkil etmişdir.
Amerikalıların bir çoxu B.Obamanın iqtisadi sahədə, büdcə dairəsində və səhiyyədəki uğurlarına şübhə ilə yanaşır. ABŞ prezidentinin iqtisadi sahədəki işi ilə rəyi soruşulanların 52 faizi razıdır. Respondentlərin 49 faizi B.Obamanın səhiyyə sahəsindəki işinə yüksək qiymət verir. Əhalinin 43 faizi isə onun büdcə defsiti ilə mübarizəsini dəstəkləyir.
B.Obamanın reytinqinin azalması, onun iqtisadi siyasətini tənqid edən respublikaçılar üçün böyük əhəmiyyət  kəsb edir. Aprel ayı ilə müqayisədə respublikaçıların qanunvericilik sahəsindəki ümumi reytinqləri 6 maddə yüksəlmişdir və bu səbəbdən də, Konqresdə respublikaçıların işi ilə 36 faiz sorğu iştirakçısı razıdır. Qanunvericilik sahəsində çalışan demokratların işi ilə respondetlərin 47 faizi razıdır.
"ABC Nyus" və "Vaşinqton Post"un 15-18 iyulda 1001 respondentin  iştirakı ilə telefonla keçirdiyi rəy sorğusu ABŞ əhalisinin 60 faizindən az hissəsinin ölkə prezidentinin işi ilə razılaşdığını göstərmişdir.

Digər xəbərlər