PDF Oxu

Dünya

  • 12

Qonduras əlaqədar Kosta-Rikada keçirilən danışıqlar heç bir nəticə vermədi

Qonduras əlaqədar Kosta-Rikada keçirilən danışıqlar heç bir nəticə vermədi
"Assoşieyted Press" informasiya agentliyinin iyulun 20-də yaydığı məlumata görə, Nobel mükafatı laureatı və Kosta-Rika prezidenti Oskar Ariasın vasitəçiliyi ilə Qondurasdakı vəziyyətlə bağlı danışıqlar heç bir nəticə verməmişdir.
İyulun 19-da Kosta-Rikaya yola düşmüş devrilmiş prezident Manuel Selayyanın tərəfdarlarının planı Qondurasın yeni hökuməti tərəfindən rədd edilmişdir. Planda M.Selayyanın vətənə qaytarılması məsələsi öz əksini tapmışdı. Bundan sonra, M.Selayyanın maraqlarını müdafiə edən nümayəndə heyəti danışıqlar mərhələsinin başa çatdığını bəyan etmişdir. Kosta-Rika prezidenti tərəfləri daha üç gün müddətində danışıqları davam etdirməyə çağırmışdır. Ancaq nə M.Selayya, nə də R.Miçeletti tərəfdarları bu ideyanı dəstəkləməmişdir.
Xatırladırıq ki, Kosta-Rikada Oskar Ariasın vasitəçilik etdiyi danışıqlar iyulun 9-da başlanmışdır. Danışıqlar dairəsində M.Selayya və R.Miçelettinin görüşü planlaşdırılmışdı. Ancaq son nəticədə bu görüş baş tutmamışdı. O.Arias həm devrilmiş, həm də iqtidarda olan prezidentlərin hər biri ilə ayrı-ayrılıqda görüşmüşdür.
Qondurasda hərbi çevriliş iyunun 28-də baş vermişdir. Ölkə prezidenti M.Selayya hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılaraq Kosta-Rikaya göndərilmişdir.

Digər xəbərlər