PDF Oxu

Dünya

  • 9

Barak Obama zənciləri məsuliyyətə çağırıb

Barak Obama zənciləri məsuliyyətə çağırıb
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama qaradərili amerikalıları mənfi irqi stereotipləri öz qüvvələri ilə məhv etməyə və daha məsuliyyətli olmağa çağırmışdır. B.Obama bu sözləri iyulun 16-da qaradərili əhalinin inkişafına milli yardım assosiasiyasının (NAACP) 100 illiyinə həsr edilmiş təntənəli mərasimdə ifadə etmişdir. Haqqında söhbət gedən təşkilat Amerika zəncilərinin hüquqları uğrunda mübarizə aparan köhnə təşkilatlardan biridir.
"Taleyinizi özünüzdən başqa heç kəs müəyyənləşdirməyəcəkdir. Unutmayın ki, taleyiniz öz əlinizdədir. Biz bu fikirləri uşaqlarımıza aşılamalıyıq. Hər hansı başqa bir ifadə işlətmək tamamilə yersiz olardı" deyə B.Obama yubiley qurultayı iştirakçılarına bildirmişdir. NAACP-nin başçısı Bencamin Celosun dediyinə görə, B.Obamanın irqi mövzuda 45 dəqiqəlik çıxışı tam səmimi xarakterdə olmuşdur.
Öz çağırışını "digər Barak Obamaların hamısına" ünvanlayan ABŞ prezidenti zənci ailələrə tövsiyə etmişdir ki, gecələr uşaqlarını tez yatağa salsınlar və onların həddindən artıq videooyunlara qurşanmalarına şərait yaratmasınlar.
NAACP 1909-cu ilin fevralında yaranmışdır. Hazırda mənzil-qərargahı Baltimorda yerləşən təşkilatın üzvlərinin sayı 400 min nəfərdən çoxdur. Təşkilat qaradərili amerikalıların siyasi, təhsil, sosial və iqtisadi bərabərliyi uğrunda mübarizə aparır.

Digər xəbərlər