PDF Oxu

Dünya

  • 11

Nümayişçilər Qonduras avtostradasının bağlayıb

Nümayişçilər Qonduras avtostradasının bağlayıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 16-da Qondurasın devrilmiş prezidenti Manuel Selayyanın tərəfdarları paytaxt Tequsiqalpanın ətrafındakı bir neçə avtomobil magestralını bağlamışlar. Bu tədbir bir neçə saat çəkmiş və tamamilə dinc xarakter daşımışdır.
İyulun 17-də nümayişçilər Kosta-Rika prezidenti, Nobel sülh mükafatı lauteratı Oskar Ariasın Qondurasa planlaşdırılmış səfəri ilə əlaqədar etiraz aksiyalarını bir qədər də genişləndirmişlər. O.Arias həmin gün Konqresin müvəqqəti təyin etdiyi Qonduras prezidenti Roberto Miçeletti ilə danışıqlar aparmışdır.
M.Selayyanın Qondurasa qayıtması qadağan edilmişdir. Hərbi hökumət, geri qayıdacağı təqdirdə, onu həbs edəcəyi ilə hədələmişdir. Bir müddət əvvəl O.Arias Kosta-Rika radiosu ilə çıxışında belə bir bəyanat vermişdi ki, "milli sülhə" və kompromisə nail olmaq üçün əlində gələn köməyi əsirgəməyəcəkdir. O, belə hesab edir ki, devrilmiş prezidenti M.Selayya əfv edilə bilər.
Xatırladırıq ki, dünya ictimaiyyəti M.Selayyanın devrilməsinə sərt münasibət ifadə etmişlər. Hərbi çevriliş tərəfdarları isə öz hərəkətlərinə qanuni don geydirməyə cəhd edirlər. Ölkənin Ali Məhkəməsi və Konqresi M.Selayyanın ölkə konstitusiyası və qanununun müddəalarını pozduğunu və hərbçilərin əməllərinin doğruluğunu təsdiq etmişdir.

Digər xəbərlər