PDF Oxu

Dünya

  • 13

Avropa Birliyi üç Balkan dövlətinin vizasını təxirə salıb

Avropa Birliyi üç Balkan dövlətinin vizasını təxirə salıb
Vizasız rejimin tətbiqi haqda razılaşma sənədini Avropa Birliyinə daxil olan 27 ölkənin hamısı ratifikasiya etməlidir. Bundan sonra sənəd Avropa Parlamenti tərəfindən təsdiq edilməlidir. Qeyd edildiyinə görə, hələlik, Bosnya, Hersoqovina və Albaniya əhalisi üçün vizaların təxirə salınması planlaşdırılmamışdır.
Jak Barronun dediyinə görə, Bosnya və Albaniyaya münasibətdə tətbiq edilmiş müəyyən məhdudlaşmalar bu ölkələr daxilində pasportların və biometrik sənədlərin sistematikliyinin təmin olunmaması ilə əlaqədardır. Genişlənmə məsələləri üzrə Avropa Birliyi Komissarı Olli Renin dediyinə görə, Avropa Birliyi 2010-cu ilin ortalarında mübahisəli məsələlərin həll edilməsi şərti ilə bu dövlətlərin vizasız rejimə keçmələrini təmin edə bilər.
Makedoniya Avropa Birliyinə daxil olmaq üçün 2005-ci ildə rəsmi sənəd təqdim etmişdir. Serbiya və Çernoqoriya isə AB üzvlüyünə ərizə ilə müraciət etmişlər. Serbiyanın birliyin sıralarına qəbul edilməsində yaranan çətinliklər Haaqa Tribunalının indiyədək Bosnya serblərinin keçmiş ordu generalı Ratko Mladiçi Belqrada təqdim etməməsi ilə əlaqədardır. Hazırda generalın olduğu yer məlum deyildir. Belə ehtimal olunur ki, o, Serbiya ərazisində gizlənir.

Digər xəbərlər