PDF Oxu

Dünya

  • 11

Ali Rada öz işini yumruq davası ilə başlayıb

Ali Rada öz işini yumruq davası ilə başlayıb
"Ukrainskaya Pravda" qəzetinin yazdığına görə, Ali Radanın növbədənkənar sessiyasının açılışı ərəfəsində deputatlar arasında iki dəfə yumruq davası başlanmışdır. Əvvəl Regionlar Partiyasının deputatları Ali Radanın spikeri Vladimir Litvinin kabinəsindən çıxmasının qarşısını almaq istərkən, onun mühafizəçiləri ilə dalaşmışlar. Daha sonra isə, iclas zalında regionçularla yumruq davasına Yuliya Timoşenko Blokunun deputatları qoşulmuşlar.
Regional deputatlar Ali Radanın növbədənkənar sessiyasının açılışına imkan verməmək üçün yumruqlarını işə salmışdılar. Buna baxmayaraq, V.Litvin YTB-çilərin köməyi ilə tribunadakı yeri tutmuş və yığıncağı açıq elan etmişdir. Zalda 450 deputatdan 250-sinin qeydiyyatdan keçirildiyi məlum olmuşdur.
Gündəlikdəki ilk məsələ YTB-çilərin yeni deputatı Oleq Tişşenkonun and içməsi ilə əlaqədar idi. Bu məsələ öz həllini tapdı. Səsvermənin göstəriciləri yüksək olmaqda davam edirdi. Bunun da səbəbi YTB-çilərin V.Litvinin arxasında durmaları idi.
Regionçular iki həftəyə yaxın Ali Radanın işini dayandırmağa nail olmuşdular. Ancaq YTB-çilər parlamentin işinin davam etdirilməsinə nail oldular. Onlar yaxşı başa düşürdü ki, Ali Radanın 30 gün ərzində işləməyəcəyi təqdirdə, prezident parlamentin işini dayandırmaq hüququna malik olacaqdır.

Digər xəbərlər