PDF Oxu

Dünya

  • 6

Qondurasın müvəqqəti dövlət başçısı istefaya çıxmağa hazır olduğunu bildirib

Qondurasın müvəqqəti dövlət başçısı istefaya çıxmağa hazır olduğunu bildirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, müvəqqəti olaraq Qondurasın prezidenti səlahiyyətlərini icra edən Roberto Miçeletti iyulun 15-də belə bir bəyanat vermişdi ki, hakimiyyətdən uzaqlaşdırılmış Manuel Selayya ölkəyə qayıtmaq niyyətindən imtina edərsə, o, tutduğu postdan istefa verməyə hazırdır. İyulun 14-də R.Miçeletti iyulun 18-də Kosta-Rikada M.Selayya ilə danışıqlar aparmağa hazır olduğunu bildirmişdir.
İyulun 9-da Kosta-Rikada keçirilmiş danışıqların birinci raundunda R.Miçeletti və M.Selayya öz aralarında görüş keçirməkdən imtina etmişlər. İyulun 15-də M.Selayya Qonduras əhalisini üsyana çağırmışdır. O, iyunun 28-də tutduğu prezident postundan uzaqlaşdırılaraq, təyyarə ilə Kosta-Rikaya aparılmışdır.
ABŞ, Avropa Birliyi və Latın Amerikası ölkələri Qondurasdakı hərbi çevrilişi ittiham etmiş və Qondurasın Amerika Dövlətləri Təşkilatındakı fəaliyyətini müvəqqəti olaraq dondurmuşdur.

Digər xəbərlər