PDF Oxu

Dünya

  • 14

ABŞ ordusunun mayoru “qeyri-qanuni” prezidentə tabe olmaqdan imtina edib

ABŞ ordusunun mayoru “qeyri-qanuni” prezidentə tabe olmaqdan imtina edib
"Kolumbus Ledger-Enquirer" qəzetinin yazdığına görə, ABŞ quru qoşunlarının zabiti ali baş komandanın əmrinə tabe olmaqdan imtina etmişdir. Florida ştatını təmsil edən ehtiyatda olan mayor Stefan Frederik Kukun dediyinə görə, Barak Obama ABŞ-ın hüdudlarından kənarda doğulduğu üçün ölkənin qanuni prezidenti və silahlı qüvvələrin komandanı olmaq hüququna malik deyildir.
Bu ilin iyun ayında Kuka əmr edilmişdir ki, Əfqanıstanda hərbi xidmətini davam etdirməyə hazırlaşsın. Kuk bu əmri icra etməkdən imtina etmişdir. Kukun vəkili Orli Taits Corciya ştatının federal məhkəməsindən xahiş etmişdir ki, onun müştərisinin hərbi çağırışı haqda əmrin fəaliyyətini müvəqqəti olaraq dayandırsın. Vəkil belə hesab edir ki, onun müdafiə etdiyi şəxs hərbi xidmətdən prinsipial motivlərə görə imtina edir. O, belə hesab edir ki, qeyri-legitim prezidentin əmri ilə ABŞ hüdudlarından kənarda hərbi döyüşlərdə iştirak etmək Kukun hərbi cinayətkar olmasını təsdiq etmiş olardı.
Vəkilin xahişinə əsasən, məhkəmə dinləmələri iyulun 16-na keçirilmişdir. ABŞ prezidentinin müvafiq əmrinə əsasən, Kuk iyun ayında Florida ştatının Tampe hərbi-hava qüvvələrinin yerləşdiyi bazaya getməli idi. O, iyulun 15-də buradan Corciya ştatına, oradan da okeanın o tayına uçmalı idi.
Rəsmi məlumata görə, B.Obama 1961-ci ildə Qonoluluda doğulmuşdur. 1963-cü ildə Havay adaları Amerika ştatı adlandırılmışdır. Bu səbəbdən, B.Obama doğulduğu gündən ABŞ prezidenti hesab edilir. Buna baxmayaraq, bir çox konspiroloqlar B.Obamanın prezidentliyinin qanuniliyinin şübhə doğurduğunu bəyan etmişlər. Onların fikrincə, ABŞ prezidenti postuna yalnız məhkəmədə ölkə vətəndaşlığı təsdiq edilmiş şəxslər layiq görülməlidirlər.

Digər xəbərlər