PDF Oxu

Dünya

  • 16

Taliblər Moldova vertolyotunu vurublar

Taliblər Moldova vertolyotunu vurublar
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 14-də içərisində xarici ölkə vətəndaşları olan vertolyot Əfqanıstan ərazisində vurulub yerə salınmışdır. "Taliban" hərəkatı üzvləri "Çinuk" vertolyotunun vurulub yerə salınması məsuliyyətini öz üzərlərinə götürmüşlər. NATO nümayəndələri vertolyotun tipi haqda məlumat verməsələr də, onun bortunda 6 nəfər xarici ölkə vətəndaşının olduğunu bildirmişlər.
Həmin gün "İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Moldova mülki aviasiya dövlət administrasiyası Əfqanıstanda vurulub yerə salınmış vertolyotun Moldovanın "Pecotox Air" aviakompaniyasına məxsus Mi-26 olduğunu bəyan etmişdi. Bu məlumata görə, vertolyot Moldova pilotları tərəfindən idarə edilmişdir və onun bortunda 6 Ukrayna vətəndaşı olmuşdur. Moldova mülki aviasiya xidmətinin nümayəndəsinin dediyinə görə, ekipaj humanitar missiya dairəsində verilən tapşırığı yerinə yetirirdi.
İlkin məlumata görə, vertolyot raketlə vurulub yerə salınmışdır. "Assoşieyted Press"in məlumatına görə, vurulub yerə salınmış vertolyotda iki nəfər həlak olmuş, qalanlar isə itkin düşmüşdür.

Digər xəbərlər