PDF Oxu

Dünya

  • 10

BMT müşahidəçiləri Abxaziyanı tərk edib

BMT müşahidəçiləri Abxaziyanı tərk edib
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 15-də BMT-nin son müşahidəçilər qrupu Abxaziya ərazisini tərk etmişdir. Agentliyin qeydinə görə, onların arasında baş hərbi müşahidəçi general Ənvər Hüseyn də olmuşdur. Buna səbəb BMT-nin Təhlükəsizlik Şurasının onların mandatlarının müddətini uzada bilməməsi olmuşdur.
Rusiya tərəf BMT TŞ-də müzakirələr apararkən, belə bir şərt irəli sürülmüşdür ki, müşahidəçilərin sənədlərində Abxaziyanın müstəqil dövlət olması faktı öz ifadəsini tapmalıdır. Müşahidəçilər indiyədək regionda "BMT-nin Gürcüstandakı missiyası" adı altında işləyirdilər. Müzakirə aparan ölkə nümayəndələri 2008-ci ilin axırlarında bu adın "BMT missiyası" ilə əvəzlənməsini təklif edirdilər. Bu missiya 1994-cü ildə yaranmışdı və Abxaziya-Gürcüstan arasında atəşkin dayandırılmasına nəzarət edirdi. Hazırda Gürcüstanda Avropa Birliyi müşahidəçiləri iş aparmaqdadır.

Digər xəbərlər