PDF Oxu

Dünya

  • 5

“Əl-Kaidə” Çini öldürülmüş uyğurların intiqamını alacağı ilə hədələyib

“Əl-Kaidə” Çini öldürülmüş uyğurların intiqamını alacağı ilə hədələyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Əl-Kaidə" terrorçu qruplaşması Çini Sintszyan-Uyğur muxtar  rayonunun qətlə yetirilmiş uyğur-müsəlman əhalisinin intiqamını alacağı ilə hədələyib.
"South China Morning Post" nəşri diqqəti Britaniyanın London şəhərində fəaliyyət göstərən "Stirling Assunt" kəşfiyyat mərkəzinin təhqiqatlarına yönəldir.  Həmin mərkəzin məlumatına görə, "Əl-Kaidə"nin Əlcəzair, Mərakeş və Tunis ərazisində fəaliyyət göstərən "İslam Məğribində əl-Kaidə" adlanan Şimali Afrika şöbəsi Çin hökumətini Şimali Afrika ölkələrində işləyən mühacirlər əleyhinə çoxlu terror aktı törədəcəyi ilə hədələyir. Misal üçün, hazırda Əlcəzairdə 50 min nəfərə yaxın çinli işləyir. Təhqiqatda qeyd edilir ki, "Əl-Kaidə"nin müsəlmanları Çin əleyhinə cihada çağırması ilk dəfədir ki, müşahidə edilir. Terrorçular çinlilərə yalnız Afrikanın şimalında yox, həm də Yaxın Şərqdə hücum etməyi planlaşdırırlar.
Xatırladırıq ki, iyulun 10-da Urumçi şəhərində baş vermiş kütləvi qanun pozuntusu nəticəsində, rəsmi məlumata görə, 184 nəfər həlak olmuşdur. Onlardan 137 nəfəri Çin məşəli xan əhalisi, 46 nəfəri isə uyğurlar olmuşdur. Həlak olmuş bir nəfərin isə milli mənsubiyyətini müəyyənləşdirmək olmamışdır. İyulun 13-də Çin hərbçiləri Urumçidə etiraz aksiyasında iştirak edən iki uyğuru güllələmişlər.

Digər xəbərlər