PDF Oxu

Dünya

  • 14

Fransızlar Bastiliyanın Alınması Gününü kütləvi pozuntu ilə qeyd etmişlər

Fransızlar Bastiliyanın Alınması Gününü kütləvi pozuntu ilə qeyd etmişlər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransada Bastiliyanın Alınması Günü ərəfəsində kütləvi qanun pozuntusu baş vermişdir. İyulun 13-dən 14-nə keçən gecə yeniyetmələr küçələrdə 317 avtomobil yandırmışlar. Yeniyetmələr əldə düzəldilmiş partlayıcı qurğuları polisin üzərinə atmaqla onlardan 13 nəfərini yaralamışlar. Agentliyin məlumatına görə, polis əməkdaşları ciddi xəsarət almasalar da, güclü partlayış səsi onların qulaqlarını batırmışdır.
Polis qanun pozuntusu törətmiş 240 nəfəri həbs etmişdir. Ötən il Bastiliyanın Alınması Günü ərəfəsində törədilmiş qanun pozuntusu zamanı daha az avtomobil yandırılmış (297) və daha az yeniyetmə həbs (121 nəfər) edilmişdir.
Agentlik qeyd edir ki, iyulun 13-dən 14-nə keçən gecə qanun pozuntusu törətmiş yeniyetmələr ölkədə işsizliyin səviyyəsinin yüksəlməsinə öz narazılıqlarını bildirmişlər.

Digər xəbərlər