PDF Oxu

Dünya

  • 10

Yuşşenko Ali Radanı buraxmağa hazır olduğunu bəyan edib

Yuşşenko Ali Radanı buraxmağa hazır olduğunu bəyan edib
"UNİAN" Ukrayna informasiya agentliyinin dövlət başçısının mətbuat katibi İrina Vannikovaya əsaslanaraq, yaydığı məlumata görə, prezident Viktor Yuşşenko vacib hüquqi əsasların yaranacağı təqdirdə, Ali Radanı buraxmağa hazır olduğunu bildirmişdir. Ukrayna qanunçuluğuna əsasən, parlamentin buraxılması üçün iqtidar koalisiyasının azlıqda qalması və ya 30 gün ərzində Ali Radanın işgörmə qabiliyyətinin olmaması kifayət edir.
Bir müddət əvvəl Ali Radanın buraxılması ideyasını Regionlar Partiyası və iqtidarpərəst "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" bloku dəstəkləmişdi. Yuliya Timoşenko Bloku üzvləri və hökumət nümayəndələri növbədənkənar parlament seçkilərinin keçirilməsinin əleyhinə çıxmışlar.
Xatırladırıq ki, 2008-ci ildə V.Yuşşenko Ali Radanın buraxılması haqda sərəncam imzalamışdı. O zaman deputatlar evlərinə dağılışdıqlarına görə, məhkəmə sənədin qeyri-qanuni olduğu haqda qərar çıxarmışdı. Bundan sonra V.Yuşşenko verdiyi sərəncamın fəaliyyətinin dayandırılması haqda yeni sərəncam imzalamalı olmuşdu.

Digər xəbərlər