PDF Oxu

Dünya

  • 12

Qondurasın devrilmiş və müvəqqəti liderləri görüşmədilər

Qondurasın devrilmiş və müvəqqəti liderləri görüşmədilər
"Assoşieyted Press" informasiya agentliyinin iyulun 10-da yaydığı məlumata görə, iyulun 9-da Kosta-Rikada Qondurasın devrilmiş və müvəqqəti təyin edilmiş prezidentləri Roberto Miçeletti və Manuel Selayyanın təyin etdikləri görüş keçirilməmişdir. Hər iki lider Kosta-Rikanın prezidenti Oskar Ariasla təklikdə görüşmüşdür. Söhbət liderlərin növbəti görüşünün vaxtının təyin edilməsindən getmişdir.
İyunun 28-də Maneul Selayya Qonduras hərbçiləri tərəfindən həbs edilərək Kosta-Rikaya aparılmışdır. Ölkənin ali məhkəməsi dövlət çevrilişi edənləri dəstəkləmişdir. Bununla da, M.Selayyanın istefası qanuniləşdirilmişdir. Qonduras parlamentinin spikeri R.Miçeletti prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı kimi təsdiq edilmişdir.
Amerika Dövlətləri Təşkilatı (ADT) və bir çox ölkələr Qondurasda baş vermiş dövlət çevrilişini ittiham etmişlər.

Digər xəbərlər