PDF Oxu

Dünya

  • 10

Hüsnü Mübarək İsraili Gilad Şalitin azadlığa buraxılması haqda danışıqları pozmaqda ittiham edib

Hüsnü Mübarək İsraili Gilad Şalitin azadlığa buraxılması haqda danışıqları pozmaqda ittiham edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misir prezidenti Hüsnü Mübarək İsrail hökumətini 2006-cı ildən etibarən Fələstin silahlılarının əsarətində saxlanılan kapral Gilad Şalitin azadlığa buraxılması haqda danışıqları pozmaqda ittiham etmişdir. H.Mübarəkin müsahibəsi iyulun 10-da "Yediot Axronot" qəzetində dərc edilmişdir.
İsrailin "Haaretz" qəzetinin iyulun 26-da yazdığına görə, İsrail və Misir hökumətləri kapral G.Şalitin azadlığa buraxılması haqda razılığa gəlmişlər. Ümumi razılaşmaya əsasən, Fələstin tərəf G.Şalitin Misirin xüsusi xidmət orqanlarına təhvil verməli idilər. Fələstin tərəf belə bir şərt qoymuşdu ki, İsrail həbsxanalarında olan "HƏMAS" üzvlərinin hamısı azadlığa buraxmalıdır.
G.Şalit "HƏMAS" döyüşçüləri tərəfindən 2006-cı ilin iyun ayının 25-də əsir götürülmüşdür.

Digər xəbərlər