PDF Oxu

Dünya

  • 9

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq “Əl-Kaidə” terrorçuları mühakimə edilib

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq “Əl-Kaidə” terrorçuları mühakimə edilib
Səudiyyə Ərəbistanı məhkəməsi 2003-2006-cı illərdə "Əl-Kaidə" terrorçu qruplaşmasının ölkə daxilində törətmiş olduğu terror aktlarında 330 qruplaşma üzvündən 179 nəfərini suçlu bilmişdir. "Assoşieyted Press"in məlumatına görə, bu, Səudiyyə Ərəbistanında "Əl-Kaidə" qruplaşması əleyhinə keçirilən ilk məhkəmə prosesi olmuşdur. Bu qruplaşma ilə əlaqədar 991 nəfər həbs edilmişdir.
330 nəfər "Əl-Kaidə" ilə birbaşa əlaqədə suçlu bilinmişlər. Ən yüngül cəza ev dustağı edilmə, ən ağır cəza isə ölüm hökmü olmuşdur. Məhkəmənin hökmü ilə edam edilən bir nəfər olmuşdur.
Məhkəmə prosesində başlıca cinayət işi 2003-cü ilin mayında və noyabrında Ər-Riyadda baş vermiş terror aktına aid idi. "BBC Nyus"un məlumatına görə, 2003-cü ilin mayında "Əl-Kaidə" terrorçu qruplaşması Səudiyyə Ərəbistanında 30 terror aktı keçirmişdir. Ölkənin güc strukturları 160-dək terror aktını zərərsizləşdirməyə nail olmuşlar. Rəsmi məlumata görə, terror aktıları nəticəsində 90 nəfər mülki şəxs, 74 nəfər hüquq-mühafizə orqanı əməkdaşları həlak olmuşdur.

Digər xəbərlər