PDF Oxu

Dünya

  • 16

Qondurasın devrilmiş prezidenti və ölkənin yeni başçısı Kosta-Rikada görüşəcəklər

Qondurasın devrilmiş prezidenti və ölkənin yeni başçısı Kosta-Rikada görüşəcəklər
"Assoşieyted Press" informasiya agentliyinin iyulun 8-də yaydığı məlumata görə, Qondurasın devrilmiş prezidenti Manuel Selayya və bu ölkənin yeni başçısı Roberto Miçeletti öz aralarında danışıq aparmağa razılıq vermişlər. Danışıqlarda M.Selayya və R.Miçelettinin Nobel sülh mükafatına namizədliyini dəstəklədikləri Kosta-Rika prezidenti Oskar Arias vasitəçilik edəcəkdir.
Danışıqlara tezliklə başlanılacağı bildirilir. R.Miçelettinin dediyinə görə, söhbət hər hansı danışıqlardan yox, görüş keçirməkdən gedir. M.Selayya da danışıqların keçiriləcəyini gözləmir. Onun fikrincə, görüşdə çevriliş təşkilatçılarının hakimiyyətdən uzaqlaşdırılması məsələsi müzakirə ediləcəkdir.
İyulun 7-də Qondurasın Ali Məhkəməsi M.Selayya və tərəfdarlarına parlament tərəfindən aministiya verilməsinin mümkünlüyünü bildirir. Hazırda M.Selayya əleyhinə bir neçə ittiham aktı irəli sürülmüşdür. Onu korrupsiyada və ölkənin əsas qanunu pozmaqda ittiham edirlər. Hökumət onun həbsinə sanksiya imzalamışdır. M.Selayyanın Qondurasa qayıdacağı təqdirdə, o, dərhal həbs ediləcəkdir. İyulun 5-də M.Selayya Qonduras aeroportuna enmək istəsə də, paytaxt aeroportu hərbçilər tərəfindən blokadaya alındığından, bu, mümkün olmamışdır.

Digər xəbərlər