PDF Oxu

Dünya

  • 9

AB-nin iqtisadiyyatı yüksəlişdə olan üç ölkəsinin adı çəkilir

AB-nin iqtisadiyyatı yüksəlişdə olan üç ölkəsinin adı çəkilir
"Eurostat"ın son hesabatlarına görə, Avropa Birliyi ölkələrindən üçünün iqtisadiyyatında yüksəliş müşahidə edilmişdir. Onlardan birincisi Kiprdir ki, iqtisadiyyatındakı artım ötən ildəkindən nisbətən 1,5 faiz çox olmuşdur. İkincisi, Polşadır və onun ötənilkinə nisbətdə iqtisadiyyatındakı artımı 1,9 faiz olmuşdur. Üçüncü ölkə Yunanıstandır. Onun ötənilkinə nisbətdə iqtisadi artımı 0,3 faiz olmuşdur.
İqtisadi tənəzzülə görə, Avropa Birliyi ölkələrində üç Pribaltika respublikası fərqlənmişdir. Latviyada iqtisadi tənəzzül illik hesabata görə 18,1, Estoniyada 15,1, Litvada isə 11,8 faiz olmuşur. Bu dövlətlərin ardınca Sloveniya (9 faiz) və İrlandiya (8,4 faiz) gedir.
Avropa Birliyinin böyük ölkələrində iqtisadi süqut müşahidə edilmişdir. Tənəzzül faizi Almaniyada 6,9 Fransada 3,2, İtaliyada 6, Böyük Britaniyada isə 4,9 olmuşdur. Hesabatda Avropa Birliyinin nəhəng partnyorlarının iqtisadi göstəriciləri də öz yerini tapmışdır. Yaponiyada iqtisadi göstəricilər 8,4, ABŞ-da isə 2,5 faiz ixtisar edilmişdir. Rusiyada iqtisadi göstəricisində 9,8 rəqəminə uyğun eniş müşahidə edilmişdir.

Digər xəbərlər