PDF Oxu

Dünya

  • 7

Tehran fransız müəlliməsini casusluqda suçlu bilib

Tehran fransız müəlliməsini casusluqda suçlu bilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransanın Xarici İşlər Nazirliyi iyulun 1-də İranda casusluqda şübhəli bilinən Fransa vətəndaşını dərhal azadlığa buraxmağı İran hökumətindən tələb etmişdir. Məlumata görə, İran universitetlərindən birində il yarım ərzində dərs deyən fransız qadın aeroporta gedib ölkə hüdudlarını tərk etmək istəyərkən həbs edilmişdir. Hələlik, qadının adı çəkilmir.
Fransa XİN-in yaydığı bəyanatda deyilir ki, İrandakı daxili qarşıdurma zəminində qadının casusluqda ittiham edilməsi "heç bir tənqidə dözmür". Baş vermiş qanun pozuntusu zamanı hökumət nümayəndələri xarici ölkə vətəndaşlarını həbs etmişlər. Şübhə altına alınanlar sırasında yerli və xarici ölkə KİV nümayəndələri çoxluq təşkil edir. "BBC Nyus"un müxbiri Con Layn İrandan qovulmuş, iki Hollandiya jurnalisti isə müxalifətə dəstək verməkdə ittiham edilərək həbs edilmişdir.
İyunun 28-də İran polisi Böyük Britaniya səfirliyinin 9 əməkdaşını həbs etmişdir. Ertəsi gün onların səkkizi azadlığa buraxılmış, doqquzuncusu isə İranın milli təhlükəsizliyi əleyhinə yönəldilmiş fəaliyyətdə ittiham edilmişdir.

Digər xəbərlər