PDF Oxu

Dünya

  • 7

Çində 140 nəfər həlak olub

Çində 140 nəfər həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin iyulun 6-da yaydığı məlumata görə, Çinin Sintszyan əyalətində baş vermiş qanun pozuntusu nəticəsində 140 nəfər həlak olmuş, 816 nəfər yaralanmışdır. Hüquq-mühafizə orqanı əməkdaşları yüzlərlə nümayişçini həbs etmişdir.
Bir müddət əvvəl belə bir məlumat yayılmışdı ki, Çinin Sintszyan-Uyğur muxtar əyalətində baş vermiş qarşıdurma zamanı 3 nəfər həlak olmuşdur. Konflikt xan etnik qrupunun nümayəndələri ilə etnik çoxluq hesab edilən uyğurlar arasında baş vermişdir.
Kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, konflikt Quandun əyalətinin Şaoquan şəhərindəki oyuncaq fabrikində baş vermiş toqquşmanın davamı kimi başa düşülməlidir. İyunun axırlarında xan mənşəli qadın iki uyğuru fabrikdə özlərini biədəb aparmalarına görə, pisləmişdi. Bundan sonra fabrikdə qanun pozuntusuna keçən qarşıdurma yaranmışdı. Nəticədə iki uyğur həlak olmuş, 118 nəfər yaralanmışdı. RİA "Novosti"nin məlumatına görə, qarşıdurma iki uyğurun öldürülməsi ilə əlaqədar baş vermişdi.
Sintszyan-Uyğur muxtar əyaləti 1955-ci ildə Çin hökumətinin tərkibinə daxil edilmişdir. İslam dininə mənsub olan uyğurlar uzun illər ərzində öz müstəqillikləri uğrunda mübarizə aparmışlar. Hazırda bir çox uyğurlar Çindən ayrılıb, müstəqil dövlət yaratmaq istəyirlər. Bu ideyanı "Şərqi Türküstan İslam Hərəkatı" gerçəkləşdirmək istəyir. Hərəkatın iki üzvü bu ilin yazında terrorizmdə ittiham edilərək, edam edilmişdir.

Digər xəbərlər