PDF Oxu

Dünya

  • 9

Barak Obama Moskvaya uçub

Barak Obama Moskvaya uçub
"Assoşieyted Press" informasiya agentliyinin iyulun 6-da yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama rəsmi səfərlə əlaqədar Moskvaya uçmuşdur. ABŞ prezidenti və onu müşayiət edən şəxslər Merilend ştatının Endrüs aviabazasından "Air Force One" reysi ilə uçmuşlar. Təyyarə Moskvaya saat 2 radələrində çatmışdır. Təyyarə "Vnukovo-2" aeroportunda yerə enmişdir.
Rəsmi səfərdən əvvəl B.Obama "İTAR-TASS"-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə vermişdir. Həmin müsahibə "Rossiya" telekanalında nümayiş etdirilmişdir. B.Obama Rusiya prezidenti Dmitri Medvedevi "düşünmə qabiliyyətinə malik tərəqqipərvər insan", baş nazir Vladimir Putini isə "rus xalqının güclü lideri" adlandırmışdır. ABŞ prezidenti bir o qədər də yaxşı olmayan Rusiya-Amerika münasibətlərində xoş dəyişiklik etmək niyyətindədir.
ABŞ prezidenti B.Obama "Novaya qazeta"ya müsahibə vermişdir. Həmin müsahibə iyulun 6-da dərc edilmişdir. "Röyter"in məlumatına görə, B.Obama administrasiyası Rusiya hökuməti ilə birlikdə "insan hüquqları və demokratiyanın möhkəmlənməsi və qanunun aliliyi" uğrunda mübarizə aparmaq istədiyini bildirmişdir. O öz müsahibəsində D.Medvedevin "məhkəmə sistemindəki təmizləmə" siyasətini bəyəndiyini vurğulamışdır.

Digər xəbərlər