PDF Oxu

Dünya

  • 11

“FƏTH” hərəkatı Mahmud Abbasa qarşı törədiləcək sui-qəsdin qarşısını alıb

“FƏTH” hərəkatı Mahmud Abbasa qarşı törədiləcək sui-qəsdin qarşısını alıb
Muxtariyyət ərazisində həbs edilmiş "HƏMAS" üzvləri M.Abbasa qarşı sui-qəsd törətmək istədiklərini etiraf etmişlər. Onların verdikləri ifadələrə görə, "HƏMAS"-çılar M.Abbasın təhlükəsizlik qüvvələri haqda məlumat toplayır və onun yer dəyişmələrini öz müşahidələri altında saxlayırdılar.
"FƏTH"-çilər həbs edilmiş rəqiblərinin, həqiqətən də, M.Abbası qətlə yetirməyi planlaşdırdıqlarını təsdiq etmişlər. Hərəkatın rəsmi nümayəndəsi Fəhmi Zəririn dediyinə görə, "HƏMAS"-çılar Qahirədə "FƏTH"-lə "HƏMAS" arasında keçirilən danışıqların gedişini pozmağa çalışır, İordan çayının Qərb sahilində vəziyyəti gərginləşdirməyə cəhd edirdilər.
Muxtariyyət ərazisində 10 nəfər "HƏMAS" üzvünün həbs edilməsi haqda iyulun 1-də də məlumat verilmişdi. O vaxt muxtariyyət rəsmiləri həbs edilmiş şəxsləri danışıqlar prosesini pozmağa cəhd etdiklərini bildirirdilər. Həbs edilmiş "HƏMAS"-çılarda silah, ehtimal olunan qurbanların fotoşəkilləri və xəritələr aşkar edilmişdir. Onların Fələstin Muxtariyyətinin polis qərargahını partladacaqları ehtimalı da irəli sürülürdü.
"FƏTH" və "HƏMAS" qruplaşmaları may ayında öz aralarında keçirilən danışıqlarda Qəzza bölgəsində birgə təhlükəsizlik sistemi yaratmaq haqda razılıq əldə etmişdilər. Onlar 2010-cu ilin yanvarında keçiriləcəyi nəzərdə tutulan seçkilərədək sabitliyin bərpasına çalışırdılar.
Hazırda Qəzza bölgəsi üzərində nəzarət "HƏMAS"-ın, İordan çayının Qərb sahili üzərində nəzarət isə, "FƏTH"-çilərin əlindədir. M.Abbas iyun ayında həbsxanada saxlanılan "HƏMAS"-çıları əfv edəcəyini bildirmişdi.

Digər xəbərlər