PDF Oxu

Dünya

  • 10

ABŞ-da Quantanamo “xaos”unun baş verməsi haqda sənəd dərc edilib

ABŞ-da Quantanamo “xaos”unun baş verməsi haqda sənəd dərc edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-da Quantanamo hərbi bazasının ilk illərini əks etdirən materiallar dərc edilmişdir. ABŞ-ın Müdafiə Nazirliyinə məxsus məxfi sənəd Mülki Müstəqillik üzrə Amerika Birliyi (ACLU) hüquq-müdafiə təşkilatı tərəfindən mətbuat vasitələrinə ötürülmüşdür. Sənəddə göstərilir ki, həbsxanada baş alıb gedən "xaotik" vəziyyəti rəhbərlik faydalı hesab etmişdir.
2002-ci ildə Corc Buş Administrasiyası tərəfindən yaradılmış Quantanamo həbsxanası uzun müddət ərzində ABŞ-da və xaricdə tənqid obyekti olmuşdur. ACLU nümayəndəsi Amrit Sinqh sənədin mətni haqda bu sözləri demişdir: "Bu sənəd Quantanamo həbsxanasında məhbusların hüquqlarının sistematik olaraq pozulduğunu aşkar tərzdə sübut etməkdədir".
2002-ci ildə Quantanamo həbsxanasının operativ hissəsinə komandanlıq edən general-mayor Maykl Danlivi və 2002-2004-cü illərdə həbsxanaya rəhbərlik edən general-mayor Ceffri Miller növbəti dəfə təsdiq edirlər ki, terrorçuluqda ittiham edilmiş məhbuslara qarşı fiziki təzyiq metodlarından istifadə olunurdu. M.Danlivi, öz növbəsində, müstəntiqlərin təcrübəsizliyi və təhlükəsizliyin aşağı səviyyədə olmasından şikayət etmişdir.
Barak Obama administrasiyası Quantanamo həbsxanasını 2010-cu ilin əvvəllərində bağlayacağını bəyan etmişdi. Hüquq-müdafiə təşkilatları ABŞ-dan tələb edirlər ki, kobud sorğu-sualların və işgəncələrin tarixçəsini diqqətlə araşdırsın. A.Sinqhin dediyinə görə, dərc edilmiş məxfi sənəd bu məqsədlə xüsusi təhqiqat komissiyasının yaradılmasını tələb edir.

Digər xəbərlər