PDF Oxu

Dünya

  • 10

Rusiya prokurorluğu Gürcüstana qaçmış əsgər haqda məlumat toplayır

Rusiya prokurorluğu Gürcüstana qaçmış əsgər haqda məlumat toplayır
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın hərbi prokurorluğu iyulun 1-də Gürcüstandan siyasi sığınacaq istəmiş sıravi əsgər Dmitri Artyomyevin xidmət etdiyi hissənin axtarışı üzrə genişmiqyaslı təhqiqat aparmaqdadır.
Rusiyanın baş hərbi prokuroru Sergey Fridinskinin jurnalistlərə verdiyi məlumata görə, təhqiqat aparan şəxslər D.Artyomyevin fərariliyinin səbəbini araşdırmalıdırlar. Fərarinin özü əməlini zorakılığa məruz qalması ilə əlaqələndirmişdir. Şimali Qafqaz hərbi dairəsindən jurnalistlərə verilən məlumata görə, D.Artyomyevin xidmət etdiyi hərbi hissədə "dedovşina" faktı təsdiq edilmişdir. İlkin məlumata görə, D.Artyomyevi zorakılığa məruz qoyanlar Şimali Qafqazdan olan əsgərlər olmuşdur.
Gürcüstan D.Artyomyevə siyasi sığınacaq axtaran şəxs statusu vermişdir. Kiçik serjant Aleksandr Qluxov Gürcüstana 2009-cu ilin yanvarında qaçmışdı. Üç ay keçdikdən sonra, ona sığınacaq axtaran şəxs statusu verilmişdir.
Rusiyada D.Artyomyev və A.Qluxov əleyhinə cinayət işi qaldırılmışdır. D.Artyomyev qaçarkən, özü ilə avtomat silahı götürməkdə ittiham edilir. Bu əsgəri 10 ilədək azadlıqdan məhrumedilmə cəzası gözləyir.

Digər xəbərlər