PDF Oxu

Dünya

  • 11

ABŞ ordusu Əfqanıstanda genişmiqyaslı əməliyyat aparıb

ABŞ ordusu Əfqanıstanda genişmiqyaslı əməliyyat aparıb
"CNN" informasiya agentliyi iyulun 2-də Pentaqonun yüksək vəzifəli məmurlarına əsaslanaraq, yaydığı məlumata görə, ABŞ ordusu Əfqanıstanın cənubunda yerləşən Gelmand əyalətində "Taliban" döyüşçüləri əleyhinə genişmiqyaslı hərbi əməliyyat keçirmişdir.
"Xəncər" adı altında keçirilən hərbi əməliyyatda 4 min nəfərə yaxın ABŞ hərbi qulluqçusu və 650 Əfqanıstan hərbçisi və polisi iştirak etmişdir. Agentliyin məlumatına görə, bu əməliyyat ABŞ ordusunun Əfqanıstanda olduğu müddətdə keçirilmiş ən böyük hərbi əməliyyat hesab edilir. B.Obama ABŞ prezdenti postunu tutduqdan sonra bu ölkəyə əlavə 21 min ABŞ hərbi qulluqçusu göndərilmişdir.
Bu əməliyyat Əfqanıstandakı ABŞ hərbi komandanlığına general Stenli Makkristal təyin edildikdən sonra keçirilmişdir. Bu da iyunun 16-da vəzifə təyinatı almış S.Makkristalın Əfqanıstan hərbi kampaniyasına yeni yanaşma üsulu deməkdir.
Gelmand əyaləti "Taliban" hərəkatının sığındığı ərazi kimi tanınır. 2009-cu ilin əvvəllərindən bu regionda 25 nəfər ABŞ və Britaniya hərbi qulluqçusu qətlə yetirilib.

Digər xəbərlər